Dərc edildi: Baxış sayı: 1016
İndoneziyadakı Toraja qəbiləsi ölən doğmalarını basdırmır
İndoneziyadakı Toraja qəbiləsi ölən doğmalarını basdırmır.
“Ölkə.Az” xəbər verir ki, qəbilə xalqı ölən qohumları və doğmaları ilə eyni evdə yaşamağa davam edirlər.
Sulaves adasında yaşayan torajalılar meyitlə bir evdə yaşamağı ölüyə hörmət olaraq qiymətləndirir. Hələ də davam edən bu ənənə bir çoxların çaşqınlığına səbəb olsa da, qəsəbə sakinləri üçün adi ritual sayılır. Torajalılar meyitləri geyindirirlər və əşyalarını da yanlarına qoyular. Onlar meyitlərin yanına yemək də qoyurlar. Hətta evdə yaşayan uşaq səs salsa, “Nənəniz yatır, səs etməyin” deyirlər.
Meyitlər çürüməsin deyə isə hər gün kimyəvi məhlul ilə onları silirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət