Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ölmüş heyvan ətinin ciddi fəsadları - Bunları bilirdiniz?

Ölmüş heyvan ətinin ciddi fəsadları - Bunları bilirdiniz?
Sakura

Ölmüş heyvan ətinin ciddi fəsadları - Bunları bilirdiniz?

Son zamanlar sosial mediada istifadəyə yararsız, ölmüş heyvan ətinin aşkarlanması ilə bağlı xəbərlər yayılır. 
 
Görəsən, bu ətin yeyilməsi insan üçün hansı təhlükələri yaradır? Həmçinin İslam dinində bu cür ətin yeyilməsi doğru hesab edilirmi?
 
Mövzu ilə əlaqədar ilk olaraq Lent.az-ın suallarını cavablayan terapevt Nahid Məhərrəmov bildirib ki, ölmüş heyvan əti ciddi xəstəliklərə səbəb ola bilər:
 
“Heyvanın ölməsi hansısa xəstəlikdən baş verdiyi üçün, onun ətində çoxlu zərərli bakteriyalar yığılır. Həmin heyvanın saxlanma şəraiti də, normativ qaydalara uyğun olmur. Ölü heyvan elə şəraitdə saxlanılır ki, üstünə həşəratlar qonur və o həşəratlardan keçən infeksion xəstəliklər də insanlar üçün ciddi təhlükəyə çevrilir. Heyvan ölən andan onun immun sistemi olmadığı üçün bakteriyanın yayılma ehtimalı daha çox olur”.
 
Terapevt Vəfa Əhmədova isə Lent.az-a danışarkən qeyd edib ki, sağlam ət insan orqanizmi üçün çox faydalı olsa da, ölmüş heyvanın əti bir o qədər təhlükəlidir:
 
“Ət vitamin və minerallarla zəngin qidadır, ancaq ölmüş heyvanın ətini yemək olmaz. Hər hansı bir heyvanın ölməsi, ciddi xəstəliyin daşıyıcısı olmasından xəbər verə bilər. Bu da ölən heyvanın bədənində həmin xəstəliyin bakteriyalarının yayılmasına səbəb olur. Həmin bakteriyalar insan orqanizminə keçib fəsadlar törədə bilər”.
 
Lent.az-a açıqlama verən ilahiyyatçı Hacı Asif Namazov isə deyib ki, ölmüş heyvanın əti Quranda haram buyurulub:
 
“Dini baxımdan heyvan kəsilən zaman canlı olmalıdır, çünki ölmüş heyvanın əti murdar sayılır. Heyvanı üzü qibləyə uzadaraq iki ayağını bağlamaq və Allahın kəlamı ilə “Bismilləhi və billəhi və Allahu əkbər” deyərək kəsmək lazımdır. Sonra isə başını kəsmək üçün nəzərdə tutulmuş alətlər iti seçilməli, işgəncə vermədən onun boynundakı şah damar kəsilib qanı tam axıdılmalıdır. 
Heyvanın boğazını başından kəsib ayırıb sonra yemək olar”. 
 
A.Namazov onu da qeyd edib ki, ölmüş əti yemək də mümkündür:
 
“Bunun üçün istisna hallar var. Məsələn, bir şəxs ölmüş heyvan ətindən yeməsə, onu ölüm təhlükəsi gözləyərsə, onda bunu yeməsi günah sayılmaz”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR