Dərc edildi: Baxış sayı: 942
Ölmüş arı cəsədləri də dərman imiş - Qədim reseptlə hazırlanma qaydası
Qədimdən arının məhsulları kimi ölmüş arılar belə loğmanlar tərəfindən qiymətli bilinib yığılar, toz halına salınar və dərman kimi istifadə olunardı.
Buna elm və tibb ciddi yanaşmasa da indi elm adamları da arı cəsədlərinin üzərində heparin və heparoid kimi maddələrin çox olduğunu sübut edib.
Medicina.az xəbər verir ki, arıçıların pətəklərində il boyu həmişə tapılan ölmüş arılar təzyiq, damar problemləri üçün ideal vasitədir. Orqanizmdə olan iltihabi prosesləri aradan qaldırır.
Xüsusən yazda ölmüş arıların bədənindən möcüzə vasitəni hazırlaya bilərsiz. Bunun üçün gərək təzə ölmüş, quru, bütöv qalmış arı cəsədləri yığılmalıdır.
Ölmüş arıda faydalı olan daha bir maddə xitozandır. O, qanda xolesterini azaldır, aterosklerozun qarşısını alır, bağırsaqları təmizləyir. Onun sayəsində qana toksinlər az daxil olur, qan sağlam qalır, bu da çox xəstəliklərin qarşısını almağa bəs edir. Kimin ki, diabet olma riski var onlar arı cəsədindən hazırlanmış tozu qəbul edə bilər. Xitozan orqanizmdən radionuklidləri və ağır metalları da çıxarır.
Hazırlanma qaydası:
Arı cəsədləri 50 dərəcə hərarətdə qurudulur, bunun üçün sobadan istifadə edə bilərsiz. Sonra onları qəhvə üyüdəndə üyüdüb toz halına salırlar. 1 xörək qaşığı toza 40%li 1 stəkan spirt töküb, 3 həftə qaranlıq yerdə saxlayırlar. Hər gün qabı çalxalayırsız.
Sonra yaşınıza uyğun hər yaşa bir damcı olmaqla qəbul edirsiz. Yəni 40 yaşı olana 40 damcı götürülür. 40 damcı 2 hissəyə bölünür və 2 dəfə qəbul üçün ayrılır. Yeməkdən 30 dəqiqə sonra yarım stəkan suda damcıladıb içilir. Kurs 1 aydır.
Hər yarım ildən bir təkrarlaya bilərsiz. Təcrübələr göstərir ki, bu eliksiri qəbul edən insan qısa müddətdə aktivləşir, ağrıları azalır, xəstəliklər səngiyir.
İmmunitet yüksəlir, ağciyər, qaraciyər, prostat vəzi, mədə-bağırsaqların xroniki xəstəliklərində faydalıdır, varikozu yüngülləşdirir, görməni yaxşılaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət