Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ölkəmizdə 8 ayda 20 min nəfər bu xəstəliyə tutulub

Ölkəmizdə 8 ayda 20 min nəfər bu xəstəliyə tutulub
Sakura

Ölkəmizdə 8 ayda 20 min nəfər bu xəstəliyə tutulub

Şəkərli diabet ürək-damar və onkoloji xəstəliklərdən sonra ən geniş yayılmış üçüncü xəstəlikdir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 20-25 il əvvəl diabet xəstəsi olan 30 milyon nəfər qeydiyyatdan keçmişdisə, bu rəqəm rəsmi statistikaya görə 200, qeyri-rəsmi statistikaya görə 400 milyon nəfərdən artıqdır.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, 2045-ci ildə şəkərli diabet xəstələrinin sayı 620-630 milyon nəfərə çatacağı gözlənilir. 

Nazir müavini ötənilki statistikaya görə ölkəmizdə 243 min diabet xəstəsinin olduğunu, bu ilin səkkiz ayında isə həmin rəqəmin daha 20 min nəfər artdığını bildirib: "Buna görə də 2006-cı ildən bəri diabet xəstələrinə göstərilən yardımı yaxşılaşdırmaq üçün üç dəfə Dövlət Proqramı qəbul olunub. Gələn ilin büdcəsində isə onların müalicəsi üçün 8 milyon manatdan artıq vəsait ayrılıb".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR