Slimfit
  1. AZƏRBAYCAN

Ölkədən gedənlərin sayı artıb

Ölkədən gedənlərin sayı artıb
Sakura

Ölkədən gedənlərin sayı artıb

2018-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 3562,9 min nəfər olub.

"Kommersant.az" xəbər verir ki, ölkə vətəndaşlarının 30,7 faizi İrana, 30,3 faizi Gürcüstana, 19,4 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 66,4 faizi kişilər, 33,6 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 53,2 faiz, Gürcüstana gedənlərin sayı 2,7 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 1,4 faiz, Türkiyəyə gedənlərin sayı 1,3 faiz azalıb.

Cari ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,9 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR