Slimfit
  1. AZƏRBAYCAN

Ölkədə internet bu səbəbdən çökdü

Ölkədə internet bu səbəbdən çökdü
Sakura
:1

Ölkədə internet bu səbəbdən çökdü

Ölkənin internet təchizatında yaranan problem ilkin məlumatlara görə Delta Telekomun 2-ci əsas mərkəzi, ATS 66 -da yerləşən Mərkəzi ilə Delta Telekomun əsas Mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr səbəbindən baş verib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O bildirib ki, Delta Telekomum ölkə daxili şəbəkəsində yaranan qəza ilə əlaqəli bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında internet bağlantısı kəsilib:

"Bu qəzanın kimlərsə tərəfindən xəbərdarlıq edilmədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir. Bunun nəticəsində Deltanın 2-ci əsas Mərkəzində yerləşən resurslarda problem yaranıb. Delta mövcud alternativləri işə salsa da, son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artdığından mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib. Beləliklə də yalnız DeltaTelekomdan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb. Eyni zamanda Deltadan internet alan 2-ci səviyyəli provayderlərin də alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib. Hazırda Delta Telekomda qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunmasl istiqamətində işlər aparılır".

O. Gündüz onu da qeyd edib ki, baş verənlər bir daha göstərir ki, ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də, problemlər hələ də qalmaqdadır:

"Bu tip hadisələr eyni zamanda ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir. Ölkənin əsas internet təchizatçısı olan DeltaTelekom istənilən şəraitdə dayanıqlı olan, tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir. Düşünürəm ki, cavabdeh dövlət qurumları və "backbone" provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasina diqqət yetirməlidir.

NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir".

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova isə bildirib ki, quruma ölkə üzrə internetin olmaması ilə bağlı vətəndaşlar tərəfindən kütləvi müraciət daxil olmayıb:

“Karantin dövründə nəzərə alsaq ki, çox insan evindədir, şirkətlər onlayn fəaliyyət göstərir, dərslər onlayn qaydada keçirilir və hətta mediada da televiziyalar müvafiq proqramlardan istifadə etməklə dünyanın bir çox ölkələri ilə əlaqə saxlayırlar, bu zaman geniş zolaqlı şəbəkədə artımın müşahidə olunması normaldır. Biz də nazirlik olaraq bunu müşahidə edirik. Məhz bu səbəbdən mütəxəssislər istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədi ilə, demək olar ki, şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirirlər”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR