Dərc edildi: Baxış sayı: 729
"Azərbaycanda inflyasiya ötən il 14% təşkil edirdi."
"Kommersant.az" xəbər verir ki, bunu portalımıza açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, hazırda isə 3,4% civarındadır:
"Bahalaşmaya əsas yaradan bir neçə səbəb var: tələbin artması, xammal çatışmazlığı, ölkə daxilində istehsalın maya dəyərinin artması və s. Lakin bahalaşma inflyasiya göstəricisi deyil. Azərbaycanda inflyasiya ötən il 14% təşkil edirdi. Hazırda isə 3,4% civarındadır. Qiymət artımını vergi və idxal məhsullarından alınan əlavə dəyər vergisini azaltmaqla tənzimləmək mümkündür".
Qeyd edək ki, bir müddət öncə xəbər vermişdik ki, oktyabrın 1-dən etibarən içki və tütün məmulatlarının qiymətlərində 10%-dən 40%-ə qədər artım olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət