Dərc edildi: Baxış sayı: 550
Ölkə üzrə qazlaşma səviyyəsi 96 faizə çatıb
Ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsi 96 faizə çatıb.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, cari ildə respublikanın regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Qazlaşdırma proqramı 14 min 227 fərdi yaşayış evini əhatə edib.
Bakı şəhəri üzrə bu il 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Proqrama 4607 fərdi yaşayış evi daxildir. Həmin massivlərdən 6-da qazlaşdırma işləri tamamlanaraq təbii qaz verilişi həyata keçirilib. Digər massivlərdə işlər 2020-ci ilin ilk rübündə tamamlanacaq. Beləliklə, ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsi 96 faizə çatıb.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət