Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir? - Rəsmi açıqlama
Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində postların ləğv edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Xəzər TV-nin efində bildirib ki, xüsusi karantin rejiminə görə rayonlararası yollarda stasionar postlar var.
“Ayın 19-dan təşkil edilmiş bir neçə əlavə post var ki, onlar da hazırda fəaliyyət göstərir. Əsas etibarilə paytaxtın inzibati ərazisinə giriş-çıxışına nəzarət edən postlardır. Lakin Bakı şəhərində bu postların müxtəlif yerlərdə və müxtəlif vaxtlarda yerləri dəyişdirilir. Şərtlərdən asılı olaraq, bəzən bir küçədə, bəzən də digər küçədə və yolayrıclarında postlar quraşdırılır”.
“Hələlik quraşdırılan postların ləğv edilməsinə zərurət yoxdur. Gün ərzində yalnız nəqliyyat vasitələrinin sürücüləri tərəfindən 2000 qaydaları pozuntusu halı aşkarlanırsa, postların ləğvi tezdir.
Postlardan əlavə, DYP-nin əməkdaşları hərəkətdə olan istənilən nəqliyyat vasitələrini saxlayıb avtomobildəki sürücünü və sərnişini yoxlaya bilər”, - deyə şöbə rəisi qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət