Olimpiya Oyunları tarixində ilk dəfə sifətin tanınması texnologiyasından istifadə ediləcək
Dünyanın ən iri elektronika, kompüter texnikası və telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Yaponiyanın "NEC" şirkətinin nümayəndəsi elan edib ki, onlar tərəfindən hazırlanmış sifətin tanınması sistemi 2020 Yay Olimpiya Oyunları, həmçinin Tokioda keçiriləcək Paralimpiya Oyunlarında kütləvi şəkildə tətbiq ediləcək. Sistem idmançı, könüllülər, media nümayəndələri və digər işçilər də daxil olmaqla Yay Olimpiya Oyunlarının təşkili və işıqlandırılmasında iştirak edəcək 300000-dən çox insanın müəyyənləşdirilməsində istifadə ediləcək. Olimpiya Oyunları tarixində ilk dəfə belə texnologiya tətbiq ediləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, "NEC" şirkəti tərəfindən hazırlanmış sifətin tanınması sisteminin işi "NeoFace" adlı süni intellekt mühərrikinə əsaslanır. Sistem insanı səs, barmaq izləri və gözün qüzehi qişası üzrə tanıya bilir. Ancaq Olimpiya Oyunlarında yalnız foto üzrə eyniləşdirmə texnologiyası istifadə ediləcək. Sistem akkreditə edilmiş şəxsləri sifətin tanıması texnologiyası, həmçinin daxili mikroçipə malik xüsusi kart (kartı xüsusi aparatın kamerasına göstərmək lazımdır) vasitəsilə yoxlayacaq.
Emil Hüseynov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət