Dərc edildi: Baxış sayı: 514
Olimpiya məşəli bağlı qapılar arxasında ötürüləcək
Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəlinin Təşkilat Komitəsinə ötürülmə prosesi martın 19-da bağlı qapılar arxasında baş verəcək.
"Report"un Yunanıstan Olimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, koronavirus epidemiyası ilə əlaqədar azarkeşlər və jurnalistlər prosesi izləməyə buraxılmayacaqlar.
Tokio-2020 olimpiadası 24 iyul - 9 avqustda keçirilməlidir. Epidemiya üzündən bir sıra tədbirlər ləğv olunub və ya təxirə salınıb. Lakin Oyunların təxirə salınacağına dair xəbərlər hələ yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət