Olimpiadada Azərbaycan üzgüçüsü üçün təhlükəli maddə aşkarlanıb
2020-ci ildə Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunlarının keçiriləcəyi Tokio Su İdman Mərkəzində təhlükəli maddə aşkarlanıb.
"Report" "Asahi" nəşrinə istinadən xəbər verir ki, bu, asbest maddəsidir. Həmin maddənin insanlarla təması faktiki olaraq aradan qaldırılsa da, "Tokyo City Hall" məsələ ilə bağlı tədbirlər görmək niyyətindədir. Çünki bu material xərçəng xəstəliyinə səbəb olur.
Qeyd edək ki, asbest inşaatda yanğına qarşı istifadə olunur. Onun iki il əvvəl tapıldığı, lakin əlçatmaz yerdə olduğu üçün insanlara zərər verməyəcəyi qənaətinə gəlinib. Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək. Hələlik Azərbaycan üzgüçülərindən olimpiadaya Maksim Şemberev lisenziya qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət