Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Olimpiada tapşırıqları hansı meyarlar əsasında qiymətləndirilir? - Rəsmi

Olimpiada tapşırıqları hansı meyarlar əsasında qiymətləndirilir? - Rəsmi
Sakura

Olimpiada tapşırıqları hansı meyarlar əsasında qiymətləndirilir? - Rəsmi

Respublika Fənn Olimpiadalarının qalibləri artıq elan olunub. Olimpiada tapşırıqlarının necə qiymətləndirilməsi isə çoxlarına maraqlıdır.

AzEdu.az xəbər verir ki, Təhsil İnstitutunun istedadlı şagirdlərlə iş şöbəsinin müdiri Fuad Qarayev qiymətləndirmə meyarları barədə Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişində məlumat verib. O bildirib ki, final iştirakçılarının heç də hamısı qalib elan edilmir. Amma finalçıları stimullaşdırmaq üçün hər birinə Təhsil Nazirliyinin iştirakçı sertifikatı təqdim edilir:

“İştirakçıların ümumi nəticələri çoxdan aza doğru sıralanır və qaydalara uyğun olaraq müəyyən sayda şagird mükafatlandırılır. Hər müxtəlif fənlər üzrə hər tapşırığın öz qiymətləndirmə meyarları var. Olimpiada bitdiyi an münsiflər heyəti tapşırıqların düzgün həlləri və qiymətləndirmə meyarlarını şagirdlərə izah edirlər.

Bəzən şagird tapşırığa 10 səhifəlik cavab yazır, amma 1 balla belə qiymətləndirimir. Bəzən isə yarım səhifə yazsa da, cavab kifayət qədər dolğun və tam məlumat olduğu üçün maksimum qiymətləndirilir. Bu, tapşırığa yanaşmadan asılıdır”.

Şöbə müdiri bildirib ki, olimpiada komissiyasındakı prosesin bir az da təkmilləşdirilməsi istiqamətində işlər aparılır:

“Fənn olimpiadalarının münsiflər heyəti hər fənn üzrə maksimum 5 nəfərdən ibarətdir. İlk mərhələnin qapalı test formasında keçirilməsinin əsas məqsədi də elə insan faktorunu minimuma endirməkdir. Yalnız şagird sayının kifayət qədər az olduğu mərhələdə açıq tipli olimpiada sualları təqdim edilir.

Hazırda münsiflər heyətinin obyektivliyi və şəffaflığını qorumaq üçün kitabçalar onlara kodlaşdırılaraq təqdim edilir. Şagirdlərə də müəyyən şifrələr paylanır. Nəticələri ilə yalnız özləri tanış ola bilirlər”.

Fuad Qarayev onu da bildirib ki, olimpiada sualları elə də asan məsələlər olmadığı üçün bu məsələlərin toplusunu, müəyyən bazasını yaratmaq o qədər də asan deyil. amma bu istiqamətdə işlər aparılır.

Qeyd edək ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri mayın 27-də  bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR