Slimfit
  1. CƏMİYYƏT

Ölən şəxsi diri göstərməkdə təqsirləndirilən bələdiyyə sədrinin istintaqı yekunlaşıb

Ölən şəxsi diri göstərməkdə təqsirləndirilən bələdiyyə sədrinin istintaqı yekunlaşıb
Sakura

Ölən şəxsi diri göstərməkdə təqsirləndirilən bələdiyyə sədrinin istintaqı yekunlaşıb

Lənkəranın sabiq bələdiyyə sədri Aygün Mirzəyevanın cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, cinayət işi Lənkəran Rayon Məhkəməsinə göndərilib və hakim Murad Aslanovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edəki, ilkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6 min 674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkəran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR