Slimfit
  1. DÜNYA

Ölən atasına 4 il müddətində mesaj atan gənc qız gələn mesajla həyatının şokunu yaşadı

Ölən atasına 4 il müddətində mesaj atan gənc qız gələn mesajla həyatının şokunu yaşadı
Sakura

Ölən atasına 4 il müddətində mesaj atan gənc qız gələn mesajla həyatının şokunu yaşadı

23 yaşlı Chastity Patterson adlı gənc qız atasını itirdikdən sonra 4 il müddətində ona hər gün mesaj atmağa davam edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, gənc qız 4 il boyunca göndərdiyi mesajlarda başına gələn hadisələri danışıb. Atasının ölümünün 4-cü il dönümündə "Sabah mənim üçün çətin bir gün olacaq" deyərək başladığı mesajını hər zamankı kimi atasının telefon nömrəsinə göndərib.

Gənc qız atasını itirdikdən sonra ilk dəfə atdığı mesaja cavab alıb. Atasının telefon nömrəsini işlətməyə başlayan Brad adlı adam Chastitynin mesajına duyğusal bir cavab verib.

Mesajda "Salam. Adım Braddir. Mən sənin atan deyiləm, amma son 4 ildə sənin bütün mesajlarını alıram. Mən də qızımı 2014- cü ildə bir qəzada itirmişəm. Həmin zamandan sonra sənin mesajların məni ayaqda saxlayır və bunu Tanrıdan bir işarə olaraq görürəm. Hər səhər sənin mesajını səbrsizliklə gözləyirəm, başına gələnləri maraqla oxuyuram. Sənə yaxın olan birini itirdiyin üçün çox təəssüf edirəm. Səni illər boyunca dinlədim, böyümənə başqa birinə dönüşməyinə illərlə şahid oldum. Bu illər ərzində sənin mesajlarına cavab vermək istədim, amma qəlbini qırmaq istəmədim. Sən çox qeyri-adi bir qızsan. Mənə hər gün mesaj göndərdiyin və Tanrının varlığını xatırlatdığın üçün sənə təşəkkür edirəm. Çətin günlərdən keçdiyin üçün təəssüf edirəm. Səninlə qürur duyuram" sözləri yazılıb.

Chastity bu mesajları sosial media hesabında paylaşaraq "Artıq atamın rahat yatmasına izin verə bilərəm" yazıb.

Bu mesajlar qısa müddətdə 265 min dəfə paylaşılıb ve paylaşılmaya davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR