Dərc edildi: Baxış sayı: 319
Oktyabrda 38 yaşını qeyd edəcək, qollara doymur
Gələn ay 38 yaşını qeyd edəcək isveçli hücumçu Zlatan İbrahimoviç qollarını sıralamaqda davam edir.
Oxu.Az xəbər verir ki, o, MLS çempionatında “Los-Anceles Qalaksi”nin Kanzas “Sportinq”ini 7:2 hesabı ilə məğlub etdiyi görüşdə het-trikə imza atıb.
Bosniya mənşəli futbolçu əvvəlcə 32-ci dəqiqədə penaltidən fərqlənərək hesabı bərabərləşdirib. Daha sonra o, 51-ci dəqiqədə hesabı 3:1 edib. Zlatan İbrahimoviç 85-ci dəqiqədə komandasının yeddinci, özünün üçüncü qolunu rəsmiləşdirib.
Səbuhi Musayev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət