Dərc edildi: Baxış sayı: 752
Öksüz Aşıq - Ala gözlərinə qurban olduğum
Ala gözlərinə qurban olduğum
Əcəlim gəlmədən öldürmə məni.
Gizlicə, oğrunca səni sevərəm
Sirrimi faş etmə, bildirmə məni.
Səni mənə verən o uca Qəni,
Alarlar əlimdən, qorxuram, səni.
Boynumu büküb də öldürsən məni
Üstümə düşmanım güldürmə məni.
Ölüm dedikləri gəlməz eynimə
Dola ağ qollann, dola boynuma.
Soyunub əynini girsən qoynuma,
Sabah oldu deyə qaldırma məni.
Öksüz Aşıq bunu boylə söylədi,
Yenə eşqin dəryasmı boyladı.
Sənin eşqin məni Məcnun eylədi
Tərk edib dağlara saldırma məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət