Slimfit
  1. DÜNYA

Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb

Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb
Sakura

Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb

East Anglia Universitetinin (UEA) alimləri okean çökəkliyində mikroskopik canlılar haqqında yeni məlumatlar əldə ediblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi alim və tədqiqatçıların diqqətini cəlb edir. Tədqiqat rəhbərlərindən olan Xiao-Hua Zhang deyib: “Biz Mars barədə dənizin ən dərin hissələrindən daha çox məlumatlıyıq”.

UEA-nın alimi Jonathan Todd Marian çökəkliyində karbohidrogenlərlə qidalanan bakteriyalar qrupu aşkarladıqlarını bildirib. Onun sözlərinə görə, karbohidrogenlər hidrogen və karbon atomlarından ibarətdir. Bu, xam neft və təbii qazda da mövcuddur. Həmin mikroorqanizmlər neftlə qidalanaraq yaşayırlar.

J.Todd 2010-cu ildə BP-nin Meksika körfəzində fəlakətə səbəb olan neft dağılmalarında dənizi təmizləmək üçün belə mikroorqanizmlərdən istifadə etdiyini xatırladıb. Tədqiqatçıya görə, Marian çökəkliyi bu bakteriyaların növləri ilə zəngindir.

Alimlərin fikrincə, 6 kilometr dərinlikdə aşkarlanan bu bakteriyalar okeanın daha dərin hissələrində də mövcuddur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR