Slimfit
  1. TƏBİƏT

Okeanda plastik tullantıların miqdarının 10 dəfə çox olduğu müəyyənləşib

Okeanda plastik tullantıların miqdarının 10 dəfə çox olduğu müəyyənləşib
Sakura

Okeanda plastik tullantıların miqdarının 10 dəfə çox olduğu müəyyənləşib

Atlantik okeanının yuxarı qatlarında (0 ilə 200 metr arasında) 12-21 milyon ton arası plastik tullantı üzür. Bu, əvvəlki hesablamadan 10 dəfə çoxdur.

Ens.Az seanews.az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Milli Okeanologiya Mərkəzinin "Nature Communications" jurnalında dərc edilən məqaləsində deyilir.

Məqalədə qeyd olunub ki, plastik tullantının hesab ediləndən 10 dəfə çox olmasına səbəb keçmişdə alimlərin böyük dərinlikdə "görünməz" mikroplastik maddələri axtarmamağı olub.

"Bu kimi ilk hesablamaları Atlantik okeanı boyu aparmışıq: Britaniya sahillərindən başlayaraq Folklend adalarınadək", - araşdırmanın həmmüəllifi Yekaterina Pobortseva qeyd edib.

Məlumata görə, hər il dünyada 300 milyon ton plastik tullantı poliqon və tullantı sularına atılır. Torpaq mikrobları onların əksəriyyətini çürüdə bilmədiyinə görə bu tullantı on illər, hətta yüz illər boyu, demək olar ki, toxunulmaz vəziyyətdə qalır.

Bildirilib ki, mikroplastik tullantılar okeanda çox qalmır: onları dəniz heyvanları yeyir. Bu səbəbdən insan hər il ortalama 40 mindən 60 minədək mikroplastik maddə udur.

Xatırladaq ki, ötən ay Sakit okeanda tarixin ən böyük təmizlik işi görülüb. Kaliforniya və Havay adalarının sahillərində 48 gün keçirən ekoloqlar 103 ton plastik tullantı və balıq toru yığışdırıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR