Dərc edildi: Baxış sayı: 472
Okean kriptovalyuta ilə təmizlənəcək
"Kommersant.az" xəbər verir ki, "Mr. Muscle"un istehsalı ilə məşğul olan "SC Johnson" şirkəti, İndoneziyada okeanın təmizlənməsi ilə məşğul olan könüllülərə virtual pulla ödəniş edəcək. Könüllülər kriptovalyutanı gələcəkdə vauçerə çevirərək, müxtəlif məhsulların alınmasında istifadə edə bilərlər.
Şirkət rəsmisinin sözlərinə görə, "Plastic Bank"la əməkdaşlıq çərçivəsində okeanın təmizlənməsi üçün 8 mərkəz yaradılacaq.
"SC Johnson"un fikrincə, blokçeyn təkcə ekoloji fonu yaxşılaşdırmayacaq, eyni zamanda İndoneziyanın yoxsul kütləsinin ərzağa çıxışına da kömək edəcək. Şirkət digər Asiya ölkələrində də mərkəzlər açmaq niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət