Slimfit
  1. TARİX

Oğuz xanın peyğəmbərə yolladığı elçi, sahabə Bügdüz Əmən.

Oğuz xanın peyğəmbərə yolladığı elçi, sahabə Bügdüz Əmən.
Sakura

Oğuz xanın peyğəmbərə yolladığı elçi, sahabə Bügdüz Əmən.

Dədə Qorqut Dresden nüsxəsində Kitab-ı Dədəm Qorqud Ala Lisan-ı Taife-i Oğuzanda
“Varuban peyğambərün yüzini görən, Gəlübəni Oğuzda sahabəsi olan, Acıgı tutanda bıyıqlarından qan çıxan, Bıyığı Qanlu Bügdüz Əmən” Başqa yerdə “Bin Bügdüz başları Emən”
Vatikan nüsxəsində Hikayet-i Oğuznamə, Qazan Bəğ və Qayrıda
“Peygambərün yüzin görən, Oguzda gəlüp ashab olan, Acıgı tutanda bıyıqlarından qan daman, Bıyıgı qanlu Əmən.” Başqa yerdə “Oguz arxası Əmən”
2018 tapılan Türkistan nüsxəsində
“Məkkədə Peyğəmbərün yüzin görən, hacı olub Məkkə kuflına əli geçən, gəlübəni Oguzun içində sahabə olan, bıyıglarını yeddi yerdə çalub dügən, qaldukını tavulgası arasından qayxı sancan, xayxıranda bıyıglarınun dibindən bugda danəli qan daşlanan, kara yerün evrəni, Kürd böyügi, Börə dostun akası, Ucan Hanun yavrusı, ölümini saymayan Əmən”
Bitlis Kürt bəylərindən olan Şərəf Xan'ın 1597'də bitirdiği Şərəfnamə adlı Farsca yazdığı tarixinin müqəddiməsində, Dədə Qorqut hekayələrində adı keçən Bügdüz Əmən ilə əlaqəli bir qeyd vardır. Bu qeyddə Şərəf Xan Kürtlərin dağınıq qalmalarına və dövlət qurmamalarına səbəp olaraq nəql edilən bir rəvayəttən bahs edir. Bu rəvayətə görə Peyğəmbər ortaya çıxınca, cahan hökümdarları peyğəmbərə itaatlərini bildirmək üçün elçilər göndermişlər. Türkistan'ın böyük hökümdarlarından Oğuz Xan da bu arada Kürt böyüklərinden Buğduz adlı birini göndərmiştir. Həzrət-i Peyğəmbər bu qorxunc görünümlü elçinin dəhşətli halına təəcüblənərək hansı qəbilədən olduğunu soruşar. Elçi Kürt tayfasından olduğunu söyləyincə, Peyğəmbər bu qövmə dövlət qurmaq nəsib olmasın, çünkü dünyanın başına bəla olarlar deyə bəddua edər. (Şərəf Xan, Şərəfnamə, Peterburg, 1860, I, s. 17).
Şərəfnamə'nin bu rəvayətindəki elçinin adı Buğduz (بعدوز) olaraq geçməkde və Kürt olduğu qeyd edilməktədir. Şərəfnamədəki bu بغدوز امن ، بغداذر امن olaraq göstərilir. Şərəfnamənin elyazması Oksford Universitetinin Əsas Tədqiqat Kitabxanası və Avropanın ən qədim kitabxanalarından biri olan Elliot Bodleian Kitabxanasında yerləşir 332. Əsər ilk olaraq 1669 cu ildə yenə Şəref xan ailəsindən Əhməd Mirzə bəy tərəfindən türkçəyə tercümə edilmişdir. Daha sonra Şəmi tərəfindən də 1681 ci ildə türkcəyə çevrilən Şərəfnamə 1860 cı ildə də Ruscaya tərcümə edilmişdir.
Büğdüz boyu, Oğuz boylarındın biridir və Mahmud Qaşğarlıya görə Divan-ı Lügəti it-Türkdəki yirmi iki (yirmi dört) Oğuz boyundan səkkizincisi; Fəxrəddin Mübarək Şahın “Şəcəre-i Ənsab-ı Mübarek Şah” 24 boyundan 14 cü Rəşidüddin Fəzlullah-ı Həmedaninin Farsça yazdığı Camiu't-Təvarix adlı kitabının ikinci cildinde yer alan Tarix-i Oğuzan və Türkan görə Oğuzların 24 boyundan 22 ci boyudur. Bu boyun adı Dəd Qorqud, Yazıcızadə Əlinin Təvarix-i Al-i Səlçuq, Salar Baba, Əbu'l-Qazi Bahadır Xanın Şəcəre-yi Tərakimədə adı keçir.
 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR