Dərc edildi: Baxış sayı: 536
İngiltərə futbolunda bir ilk yaşanıb
İngiltərə futbolunda bir ilk yaşanıb.
Qol.az-ın "The İndependent"ə istinadən yaydığı xəbərə görə, ölkədə oğlanlar arasında keçirilən U-12 liqasının qalibi qızlar komandası olub.
"Frankfort" U-12 qızlar arasında liqa təşkil edilmədiyi üçün oğlanların turnirində iştirak edib. Onlar 17 matçda 14 qələbə qazanıb, 3 heç-heçə edib. Bu oyunlarda ümumilikdə 75 qol vuran komanda turnirin qalibi olub.
Qızlar komandasının oğlanlar liqasında çempion olması İngiltərə futbolu tarixində ilk hadisədir.
4 il əvvəl yaradılmış komandanın baş məşqçisi Ceyms Braun-Tunell oyunçularının bu uğurunu fantastik adlandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət