"Ögey ana" onun həyatından bəhs edirmiş
Çoxları bilmir ki, məşhur "Ögey ana" filmi məhz onun həyatından bəhs edir. Filmin qəhrəmanı Dilarənin obrazını canlandıran Nəcibə Məlikovanın oğulluğu Fuad Əsədov İsmayılın prototipidir.
Kult.az xəbər verir ki, AFFA nın keçmiş baş katibi olan Fuad Əsədov analığı ilə bağlı xatirələrini "Xəzər Xəbər"lə bölüşüb. O bildirib ki, Nəcibə xanım öz həyatındakı rolunu kiçik düzəlişlərlə səhnəyə çıxarıb.
Nəcibə xanım Fuad Əsədovun atası Nəsrəddin Həsənovla ailə qurub. Bu evlilikdən oğlu Sabiq dünyaya gəlib. Daha sonra boşanıblar və əri başqa bir xanımla ailə qurub. Buna baxmayaraq, Nəcibə xanım keçmiş həyat yoldaşının bütün evliliklərindən olan övladlarına da analıq edib.
Fuad müəllim də ana qayğısını Nəcibə xanımdan görüb, o da böyüyəndən sonra.
Bu evdə Nəcibə xanım sevgiylə xatırlanır. Fuad müəllim deyir ki, Nəcibə Məlikovadan onlara mehribanlıq yadigar qalıb.
Fuad müəllim öz doğma anasını bacı çağırırmış. Anası olduğunu bilsə də, onu xalalarından biri hesab edirmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət