Dərc edildi: Baxış sayı: 578
Ofisiant və bərbərlər də vergi verəcək
Azərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir.
AzNews.az-ın məlumatına görə, Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərdə nəzərdə tutulub ki, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaq.
Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ofisiantlar üçün 30 manat, bərbərlər üçün 20 manat, dərzilər üçün isə 10 manat təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət