Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ofisdə işləyənlər üçün qızıl qaydalar

Ofisdə işləyənlər üçün qızıl qaydalar
Sakura

Hər gün iki biskvit ilə qidalanmada ildə 6 kilo çəkinizin artdığını unutmayın

Heç kimə sirr deyil ki, oturaq həyat tərzi keçirmək piylənməyə səbəb olan əsas amillətdən biridir. Yeyib və gün ərzində az hərəkət edən ofis işçilərinin əksəriyyəti artıq çəkidən əziyyət çəkirlər.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun qarşısını almaq üçün qızıl qaydaya riayət etmək lazımdır. Bu zaman həmişə formada olacaqsız.

Fast-fudlardan uzaq olun. Bu birinci qaydadır. Eyni zamanda yeməklər arasında bəzi şirniyyat və başqa yeməkləri qəbul etməyin. Səhər yeməyini mütləq yeyin. Onu yeməmək piylənməyə yol açan əsas səbəblərdən biridir. Səhər yeməyində də çox kalorisi olmayan proteinlə zəngin qidalar yemək lazımdır. Ofisdə yüngül və az kalorili qidalara üstünlük verin. Bol su için. Kofe, çay və şirin sulardansa mütləq şəkildə masanızın üzərində adi su olsun. Masanızda fıstıq, quru meyvələr olsun. Yemək yeməyəndə mütləq bunlarla qidalanın. Hər 15 dəqiqədən bir hərəkət edin. Çay içən zaman şirniyyatdan uzaq olun. Hər gün iki biskvit ilə qidalanmada ildə 6 kilo çəkinizin artdığını unutmayın. Bunlara əməl edin, formada qalın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR