Dərc edildi: Baxış sayı: 685
Ofis işi insanı necə “öldürür”? – İmpotensiya, tromboz, babasil, ostexondroz....
Ofisdə oturaq iş çox gənclərin arzusudur. Əlin-ayağın təmiz, səliqəli otaqda oturub kompüter arxasında işini görürsən. Prestijli peşələrin çoxu da ofis işidir. Amma tibbi, sağlamlıq və ömür baxımından bu gün müasir insanı erkən yaşda xəstələndirən və illər əvvəl 70 yaşında rast gəlinən problemləri 40 yaşında qazandıran ofisdə iş ən təhlükəli hesab olunur.
Medicina.az ofisdə 5-7 il işlədikdən sonra insanın zamanla necə məhv olmasının səbəblərini araşdırıb. Bu xəstəliklər də daha çox oturaq ofis işində çalışanlarda rast gəlinir.
1 il sonra – miqren, boyunda ağrı, əsəb, təşviş
Ofis işi, rejimi insanı ilk 6 ayda sınağa çəkir. Hər şey ideal görünür. Lakin cəmi 1 il sonra işçidə xandra, apatiya, sönüklük, boyun, bel, çanaqda ağrıs, baş ağrısı, daha çox miqren kimi xoşagəlməz simptomlar yavaş-yavaş baş qaldırmağa başlayır.
Tibbdə buna ofis sindromu deyilir.
Britaniyada aparılmış araşdırma göstərib ki, ingilislərin 20% -i stress vəziyyətinin səbəbkarı kimi iş və ofisi göstərib, gənc 20-25 yaşlı əməkdaşlardan 7%- i isə bir neçə dəfə intihar barədə düşünüb.
-Artıq çəki, piylənmə, pis bədən
Ofisə arıq, nərmə-nazik gələn gənc işçilər belə 1 il sonra çəkidə artdıqlarını, arıqlaya bilmədiklərini, bel, ayaq, çanaq və çiyinlərə artıq piy yığıldığını və bədən ölçülərinin dəyişdiyini etiraf edib.
Amerikalı alimlərin 3000 ağ köynəkli arasında apardığı sorğu göstərib ki, 41%-də çəkidə 3-5 kq artım olub.
Ofis işçilərinin biznes lançı, ofisdə ayaqüstü yeməyi, gün ərzində çay, qəhvə, şirniyyat qəbulu, keyfiyyətli qidanı imkan olsa yalnız evdə dadmaları onları qısa müddətdə piylənmə ilə, bundan sonra da şəkərli diabetlə üz-üz qoyur. Dünyada ən çox peçenye, konfet,şokolad yeyənlər də uşaqlardan sonra ofis işçiləridir.
-Görmənin zəfiləməsi
Ən itigözlü gənci ofisdə, kompüter və yazılı hesabatlar arasında 2 il işlətdikdən sonra onun görməsi zəifləyəcək. 80% hallarda ofislərdə işıq bucağı, monitorun vəziyyəti, ekranın işığı, otaqda quru hava işçinin göz yaşının qurumasına səbəb olur. Bu işçilərdə quru göz sindromu yaranır. Bir az cəld tərpənənlər, uldə 1 dəfə oftalmoloqdan keçib, yanlarında süni göz yaşı damcısı gəzidirib, gündə 5 dəfə gözlərini nəmləndirirlər.
Əgər normada, açıq havada insan dəqiqədə 20 dəfə göz qırpırsa, komputer qarşısında bu 5 dəfəyə enir.
-Onurğa xəstəlikləri: ostexondrozdan tutmuş yırtığa kimi
Ofis işçilərinin ən çox şikayət etdiyi boyun, bel, oturaq sinir xəstəlikləridir.
Bu da günün yarısını oturmaq, başı bir vəziyyətdə saxlamaqdan, beli əymək, fəqərələrin sıxılaraq uzun illər qalmasından qaynaqlanır. Bu insanlarda ostexondroz, fəqərə sıxılması, kifoz, skolioz, onurğada əyrilik, duzlaşma, boyun miqreni, yırtıqlar çox aşkarlanır.
Xüsusən bu vəziyyətdən baş beyin əziyyət çəkir. Nəticədə qan dövranı pozulur, iş qabiliyyəti düşür, yaddaş pozulur.
Çıxış yolu ofisdə işə başlayan ildən üzgüçülük, fitnes, gimnastika, yoqaya getmək, işdə normal kreslo seçmək, düzgün oturmaq və elə ofisdəcə hər 2 saatdan bir qalxıb müəyyən hərəkətlər etmək lazımdır.
- 5-7 il sonra: tromboz, ateroskleroz, babasil
Nəhayət ki, qidalanma, maye qəbulu, yuxu rejimi, oturaq iş 5 ildən sonra digər daha dərin problemləri qabardır. İşçidə xolesterin və lipib mübadiləsi pozulur. Damarlar tutulur, aşağı ətraflarda tromboz yaranır. Xolesterin artır. Bu da insult, infakrt, ürək tutmasını artırır.
Düz bağırsağın varikoz damar genişlənməsi isə babasilə gətirib çıxarır. Yəni oturaq işdə çalışanlarda demək olar, bütün damar sistemi çökür.
Mazlar, dərmanlar, şamlar, yağlar-babasili sağaltmayacaq. Yeganə yol fiziki aktivlik, gəzmək, qrafiki dəyişməkdir.
-10 il sonra: impotensiya, diabet
Əməkdar ofis işçiləri qastrit, diabet, kişilər isə cinsi zəiflikdən əziyyət çəkir. Bu labüddür.
Qadınlarda aşağı çanaq orqanlarında qan durğunluğu, venoz damarların genişlənməsi hamiləliyə, dölü daşımağa mane olur. Çox gənc qadınlar sonsuzluqla üzləşir.
Siz bu problemləri həll etmək üçün müxtəlif reklam olunmuş vasitələr, dərmanlar, yaxşı həkim müalicələrini sınaya bilərsiz. Amma vaxtınız və pulunuza heyfiniz gəlsin.
Çünki nə qədər ki, günün 10 saatını ofisdə oturub, gərgin işləyib, axşam da ayaqlarınızı süyürüb evə çatıb yatırsızsa, bu problemlərdən həmişəlik qurtulmanız mümkün deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət