Odessa vilayəti atəşə tutulub, ölənlər var
Rusiya Silahlı Qüvvələri raket və dronlar vasitəsilə Ukraynanın Odessa vilayətinə hücum edib. Zərərsizləşdirilmiş dronlardan biri müəssisə binalarından birinə düşərək üç nəfərin həyatına son qoyub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənubunun Müdafiə Qüvvələri teleqramda bildirib.
Bildirilib ki, Rusiya hücumu “Şahid” tipli hücum dronları ilə edib. Eyni zamanda, taktiki və strateji aviasiya təyyarələri Qara dənizdən X-31P və XX-22 tipli raketlər buraxıblar. Raketlər havada döyüş qabiliyyətini itirib. Hava hücumundan müdafiə bölmələri doqquz kamikadze dronu vurub.
Dəniz üzərindən zərərsizləşdirilmiş dronlardan biri Odessanın sahil zonasında müəssisə binasının üzərinə düşüb, dağıntılara və yanğına səbəb olub. Yanğının söndürülməsi və dağıntıların ayırd edilməsi zamanı üç nəfərin meyiti tapılıb.
Axtarış-xilasetmə əməliyyatı başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət