Slimfit
  1. CƏMİYYƏT

Ödənişli yoldan insanlar niyə istifadə etmir? – Vahid Əhmədov

Ödənişli yoldan insanlar niyə istifadə etmir? – Vahid Əhmədov
Sakura

Ödənişli yoldan insanlar niyə istifadə etmir? – Vahid Əhmədov

Ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidiir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Vahid Əhmədov deyib.

O bildirib ki, azı 2-3 dəfə rayonda olub, amma ödənişli yolda şəxsi minik avtomobillərini görməyib:

“Ancaq beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir”.

Deputat hökumətdən xahiş edib ki, müharibə veteranları üçün 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar qərar yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin.

Deputat eyni zamanda dövlət şirkətlərinin tədricən özəlləşdirilməsinin həyata keçirilməli olduğunu diqqətə çatdırıb:

 

“Həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR