Slimfit
  1. CƏMİYYƏT

Ödənişli yolda qəza: TIR fəhləni vurub öldürdü

Ödənişli yolda qəza: TIR fəhləni vurub öldürdü
Sakura

Ödənişli yolda qəza: TIR fəhləni vurub öldürdü

Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub.

Ens.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Şakir Sadıq oğlu Abdullayevi TIR vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR