Dərc edildi: Baxış sayı: 467
Obamaya görə NATO ölkələri bizdən istifadə edirdi - Tramp
Obama dövründə Vaşinqtonun yanlış siyasəti ucbatından NATO ölkələri ABŞ-dan istifadə edirdilər.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz praktik olaraq bütün NATO-nun yerinə ödəniş edirdik. Ölkələri müdafiə edirik, amma bu ölkələr bizim dəstəyimizlə özləri müdafiə olunmalıdır. Onlar NATO büdcəsinə fayda verməlidir”, - deyə o bildirib.
O, həmçinin hakimiyyəti dönəmində NATO büdacəsinə 100 milyard dollar verildiyini deyib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden Trampın yenidən prezident olacağı təqdirdə NATO-nun yox olacağını açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət