Dərc edildi: Baxış sayı: 605
Obama Baydenin prezident kimi namizədliyini dəstəkləyib
ABŞ-ın sabiq prezidenti Barak Obama sabiq vitse-prezident Co Baydenin Demokratlar partiyasından dövlət rəhbəri postuna namizədliyini dəstəkləyib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Obama videomüraciətində deyib.
“Təcrübə və biliyə, dürüstlük və təvazökarlığa, duyğu və mərhəmətə söykənən liderlik. Belə liderlik təkcə ştat və mer səviyyəsində deyil, həm də Ağ Evdə olmalıdır. Məhz buna görə prezidentliyə namizəd olaraq Co Baydeni dəstəkləməkdən qürur duyuram”, - deyə Obama bildirib.
Obama əlavə edib ki, vitse-prezident kimi Baydeni seçmək “ən doğru qərarlarımdan biri olub”.
Qeyd edək ki, B.Obama və C.Bayden 2009-2013-cü illər ərzində birlikdə çalışıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət