Dərc edildi: Baxış sayı: 332
“O işçilərin ştat vahidi artırılmalıdır”
“Məktəb və digər təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidi artırılmalıdır”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
“Ailədaxili və sosial mühitdə baş verən hadisələr uşaq və yeniyetmələrin davranışına və psixoloji vəziyyətinə ciddi təsir göstərir. Məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird sayına nisbətdə çox azdır. Bu isə xidmət keyfiyyətinə təsir göstərir. Onların hazırlanması üçün büdcədən maliyyə ayrılmalıdır”, - deyə komitə sədri vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət