Slimfit
  1. DÜNYA

O, etimadnaməsini Fətəli Xan Xoyskiyə vermişdi - Zelenski

O, etimadnaməsini Fətəli Xan Xoyskiyə vermişdi - Zelenski
Sakura

O, etimadnaməsini Fətəli Xan Xoyskiyə vermişdi - Zelenski

Dostluq münasibətləri ildən-ilə möhkəmlənən xalqlarımızı bu oxşar xüsusiyyət də birləşdirir. Məşhur Azərbaycan atalar sözündə deyilir: “Xalqların dostluğu sülhün təməlidir”.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski həmkarı İlham Əliyev adından verilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.

"Ukrayna ilə Azərbaycanın dövlətlərarası münasibətlərinin tarixi uzaq 1919-cu ildən başlayır. Məhz o zaman - 1919-cu il fevralın 8-də Ukraynanın Azərbaycandakı xüsusi diplomatik missiyasının başçısı İvan Kraskovski etimadnaməsini Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskiyə təqdim etmişdir.

Ötən 100 ildə ölkələrimiz bir çox çətinliklərlə üzləşdilər, böyük uğurlara sevindilər, lakin hər zaman dostluq və iki müstəqil dövlətə qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldılar. Bu prinsiplərə Ukraynanın böyük dostu – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də riayət edirdi. Onun müdrik kəlamlarından birini xatırlatmaq istərdim: “Azadlıq və müstəqillik hər bir xalqın milli sərvətidir”, - Zelenski qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR