Slimfit
  1. DÜNYA

O, dünyada ilk qadın olmaq istəyir

O, dünyada ilk qadın olmaq istəyir
Sakura

O, dünyada ilk qadın olmaq istəyir

ABŞ ordusunun dəniz piyada qoşununun istefada olan çavuşu Kirsti Ennis 2019-cu ilin yaz mövsümündə Everestə yola düşür.

Trend-in məlumatına görə, əzmkar K.Ennis dizdən yuxarı amputasiya olunmuş ayağı ilə dünyanın ən yüksək zirvəsinə (Everest, 8848 m) qalxmaqla dünyada ilk qadın olmaq istəyir.

Xatırladaq ki, K.Ennis Əfqanıstanda xidmət zamanı vertolyotda atıcı olub. 2012-ci ildə onun döyüş maşını qəzaya uğrayır. Çavuş 40 cərrahiyyə əməliyyatından sonra həyata qayıdır, lakin hospitaldan bir ayağı amputasiya edilmiş vəziyyətdə çıxır.

 

Onun amputasiya olunmuş ayağı robotlaşdırılmış protezlə əvəzlənib.

Xatırladaq ki, K.Ennis bundan əvvəl Kilimancaro (Afrikanın ən hündür nöqtəsi – 5895 m), Karstenz piramidası (Okeaniyanın ən yüksək yeri – 4884 m), Elbrus (Avropanın ən yüksək zirvəsi – 5642 m) və Denali (Şimali Amerakının ən hündür nöqtəsi – 6190 m) zirvəsinə qalxmağı bacarıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR