Dərc edildi: Baxış sayı: 727
30 yaşlı polyak Ancey Barqiel bəşər tarixində ilk insandır ki, belə rekordu vura bilib
30 yaşlı polyak Ancey Barqiel bəşər tarixində ilk insandır ki, belə rekordu vura bilib. O, dünyanın ən hundür dağlarından birinə dırmaşıb, sonra da zirvədən aşağı xizəklə sürüşüb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, K2 və ya Çoqori dağı Pakistanla Çinin sərhədində yerləşir. 8611 metr yüksəkliyi olan K2 hündürlüyünə görə yalnız Everestdən geri qalır. K2 alpinistlər arasında ən təhlükəli və riskli dağ sayılır.
30 yaşlı A.Barqiel isə bu dağdan aşağı sürüşüb.
K2 dağını indiyədək fəth etmək istəyən hər 4 alpinistdən biri həlak olduğu üçün Anceyin bu dağdan sürüşməsi bir yana - onun zirvəyə dırmaşıb fəth etməsi belə, rekord sayılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət