Dərc edildi: Baxış sayı: 370
Nyu Yorkun mərkəzində mənzillər dəyər-dəyməzinə satılır
Nyu Yorkun maliyyə məhəlləsində mənzillərin qiymətləri kəskin ucuzlaşıb.
Buna səbəb tikinti bumu nəticəsində təklifin həddindən artıq çox olmasıdır.
Bir çox şirkətlər öz ofislərini Manhettenin mərkəzi rayonuna keçirdikdən sonra belə bir böhran baş verib. Bununla da daha əvvəl işə daha yaxın yerdə yaşamağa üstünlük verən əməkdaşlar Nyu Yorkun maliyyə məhəlləsini tərk ediblər.
Maliyyə məhəlləsində yeni mənzillərin qiyməti 46 faiz ucuzlaşıb. Təkrar mənzil bazarında isə ucuzlaşma 11 faiz təşkil edib.
Hazırda bir kvadratfut (0,09 kvadratmetr) mənzilin qiyməti 1,6 min dollardan baha satılmır ki, bu da 2013-cü ildən bəri ən aşağı qiymətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət