Nyu-Yorkun əsas aeroportunun modernləşdirilməsinə 13 mlrd. dollar xərclənəcək
ABŞ-ın Nyu-York şəhərinin hökuməti Con Kennedi adına yerli hava limanının modernləşdirilməsinə ümumilikdə 13 mlrd. ABŞ dolları xərcləyəcək.
“Report” "The New York Times" nəşrinə istinadən xəbər verir ki, aeroportda pulsuz "Wi-Fi" xidməti, şarj qurğuları və uşaqlar üçün oyun meydançası olan iki yeni terminal olacaq.
Məqsəd getdikcə güclənən sərnişin axınının tələblərinə cavab verməkdir.
Qeyd edək ki, hava limanında yenidənqurma işlərinə 2012-ci ildə başlanılıb və 2035-ci ilə qədər başa çatdırılmalıdır. Bu prosesin tərkib hissəsi olaraq aeroportun 2 yeni girişi də olacaq.
Nyu-Yorkun qubernatoru Andru Cuomo bildirib ki, bütün bu işlər ildə əlavə olaraq 15 mln. sərnişinə xidmət etməyə imkan verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət