Slimfit
  1. AZƏRBAYCAN

Nyu-Yorkda kofeşop açan bakılı: Tanışlarım ideyama gülürdü

Nyu-Yorkda kofeşop açan bakılı: Tanışlarım ideyama gülürdü
Sakura

Nyu-Yorkda kofeşop açan bakılı: Tanışlarım ideyama gülürdü

Oxu.Az Nyu-Yorkda kofeşop açan bakılı gənc - Kirill Lıkovla müsahibəni təqdim edir:

- Sizi tanımayanlar üçün özünüzü təqdim edin, zəhmət olmasa.

- Adım Kirilldir, 32 yaşım var. Hazırda Nyu-Yorkda yaşayıram. Vizanı aldıqdan bir ay əvvələ qədər evimdən bu qədər uzaq düşəcəyim ağlıma gəlməzdi. Amma həyatımda dəyişiklik istəyirdim. Birdən nəyisə dəyişmək kimi spontan qərar verdim.

- ABŞ-da nə ilə məşğul olurdunuz və kofeşop açmaq ağlınıza necə gəldi?

- Ştata beş il yarım əvvəl gəlmişdim. Asan deyildi, cibimdə cəmi 500 dollar və ingilis dili yoxsulluğu var idi. İstənilən işdən yapışmaq lazım gəlirdi. Ofisiant köməkçisi, qabyuyan kimi çalışdım. Bacarıqlarımı itirməmək üçün paralel olaraq kofeşoplarda iş axtardım.

Beləcə, bir neçə il “bazar günü”süz, istirahətsiz işlədim. Kofeşop açmaq arzusu hələ Bakıda ikən yaranmışdı. Ştata gələndə qarşıma beş il ərzində arzumu reallaşdırmaq məqsədi qoydum. Dörd il sonra dostum (biznes ortağım) Pərvizlə “Velvette Brew #1”-i açdıq.

- Kofeşopu açarkən hansı çətinliklərlə üzləşdiniz?

- Ən çətini, adətən, “düzgün məkan” tapmaq olur, yəni yerləşmə yeri və qiymətinə görə. Xoşbəxtlikdən, bizdə bu çətinlik olmadı. İki həftə sonra yaxşı yer kəşf etdik. Bizim üçün ən çətini təmir prosesi və biznes üçün lazımi sənədləri toplamaq oldu, dostlarımızın köməyi ilə öhdəsindən gəldik. Yenə də paralel və istirahətsiz işləmək lazım gəldi. Bacaracağımıza heç bir şübhəmiz yox idi.

- Öhdəliklərinizi digər məsul şəxslə necə bölürsünüz?

- Hər şeyi birlikdə edirik. Partnyorluqda ən vacib olan bir-biri ilə danışa bilmək və istənilən problemi birgə həll etməkdir. Bu da bizdə yaxşı alınır. Pərviz, əsasən, texniki məsələlərlə məşğul olur, mən də biznesi içəridən idarə edirəm.

- Bu işə yeni başlayan gənclərə nə məsləhət və tövsiyələr verə bilərsiniz?

- Ən vacibi, arzu və məqsədə sahib olmaqdır deyə düşünürəm. Bəs arzu və məqsəd olduqdan sonra nə etmək lazımdır? O istiqamətdə əlini o işdən buraxmadan yoluna davam etmək. Yolumuzda bizdə heç nə alınmayacağını, bacarmayacağımızı deyən insanlarla tez-tez rastlaşırıq.

Vacib olan bu cümlələri “həzm edə” bilmək və onları yaxşı motivasiya mənbəyi kimi istifadə etməkdir. Onlara bunu bacaracağınızı göstərin, məqsədinizə çatın. Sonra onların sizinlə bağlı səhv düşündüyünü bilmək yaxşı hiss etdirir. Tanışlarımın çoxu mən onlara ştatda kofeşop açacağımı deyəndə gülüb zarafatlaşmışdılar. Amma indi kofeşopun sayı artıq ikidir. 

- Gələcək üçün nə planlar var?

- Planda brendimizi beynəlxalq bazara çıxarmaq var. 2019-cu ildə azı iki kofeşop da açmağı planlaşdırırıq. Ardını da sonra görəcəyik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR