Slimfit
  1. AZƏRBAYCAN

Nyu-York səmasına “Qarabağ Azərbaycandır!” şüarı

Nyu-York səmasına “Qarabağ Azərbaycandır!” şüarı
Sakura

Nyu-York səmasına “Qarabağ Azərbaycandır!” şüarı

ABŞ-ın Nyu-York şəhərində “Ermənistanın işğalçılıq siyasətini dayandır!” (“Stop Armenian Occupation”), “Qarabağ Azərbaycandır!” (“Karabakh is Azerbaijan!) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

Ens.az xəbər verir ki,Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhetten adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York üzərində dövrə vuran təyyarə Manhetten adasındakı dövlət əhəmiyyətli idarələrin, “Empire Building”, “Business Center” kimi məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.

Həmvətənlərimiz təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin “Liberty” parkında toplaşıblar. Əllərində Azərbaycanın üçrəngli dövlət bayrağını tutan həmvətənlərimiz bu xoş hadisəni şüarlar səsləndirməklə və alqışlarla izləyiblər.

Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində “Airads” hava reklamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR