Nyu-Cersi vəhşi heyvanlar ilə sirk tamaşalarının qadağan edildiyi ilk ABŞ ştatı oldu
Nyu-Cersinin qubernatoru Fil Merfi sirk tamaşalarında vəhşi və ekzotik heyvanlarından istifadə edilməsini qadağan edən qanun imzaladı. Bu barədə CNN qubernatorun mətbuat xidmətinə istinadən xəbər verir.
Merfi Nyu-Cersidə “heyvanların istismar edilməyəcəyi və şiddətli rəftar etməyə imkan verilməyəcəyindən” qürurlanır. “Heyvanların yeri onların və ətrafdakıların təhlükəsizliyinin təhlükə altında olduğu tamaşalarda deyil, təbii yaşayış sahəsi və ya qoruqlardadır”, - qubernator əlavə edib.
“Sirkdə istifadə edilən vəhşi heyvanlar uzun müddət təlim, daimi dustaq və onların üçün təbii olan hər şeydən məhrum olmağa məruz qalıblar”, - ABŞ heyvanların müdafiəsi İcmasının Nyu-Cersidəki nümayəndəsi Brayan Hakett bildirib.
Merfinin imzaladığı “Nousi qanunu” səyyar sirkdə qəddar rəftar ucbatından artritdən əziyyət çəkən 36 yaşlı afrika filinin şərəfinə bu adı əldə edib. İndi Nousini Tennessi ştatının qoruğunda saxlayırlar.
Fillərin sirklərdə istifadəsinə olan qadağa İllinoys və Nyu-Yorkda da qüvvədədir, amma Nyu-Cersi qadağanın bütün vəhşi heyvanları əhatə etdiyi ilk amerika ştatı oldu.
Mənbə: Tvrain.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət