Dərc edildi: Baxış sayı: 453
Nuşirəvan Məhərrəmli: Sona Vəliyeva öz ərizəsi ilə MTRŞ üzvlüyündən çıxıb
Milli Televiziya və Radio Şurası (MTRŞ) filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevanın Şuranın üzvlüyündən çıxması məsələsinə aydınlıq gətirib.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib ki, S.Vəliyevanın MTRŞ üzvlüyündən çıxması onun sıx elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır:
“Sona Vəliyeva sıx elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq istefa ərizəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edib və ərizəsi qəbul olunub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət