Dərc edildi: Baxış sayı: 466
Nurməhəmmədovun atasından Makqreqorun Moskvaya gəlməsinə münasibət
MMA döyüşçüsü Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı Konor Makqreqorun Moskvaya gəlməsinə münasibət bildirib.
O fikirlərini “Instagram” hesabında bölüşüb:
“Konor artıq Ukraynadadır, fikirləşin görək, Moskvada onunla nə etmək olar?”, - A.Nurməhəmmədov yazıb.
Xatırladaq ki, dünən Makqreqor Kiyevdə mətbuat konfransı keçirərək, Ukrayna Prezidenti Vladimir Zelenski haqqında danışıb. Oktyabrın 24-də irlandiyalı Moskvada mətbuat qarşısına çıxarılacaq. O, gələcək planları ilə bağlı görüş keçirəcək.
Sonuncu dəfə Nurməhəmmədov və Makqreqor UFC çempionatı çərçivəsində görüşüblər. Nurməhəmmədov həmin görüşdən qələbə ilə ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət