Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Nurəddin Mirzəyev Etimad oğlu

Nurəddin Mirzəyev Etimad oğlu
Sakura

Doğum tarixi : 20 dekabr 1996 Vəfat tarixi: 2 aprel 2016 (19 yaşında)

Nurəddin Etimad oğlu Mirzəyev (d. 20 dekabr 1996; Yardımlı, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Nurəddin Mirzəyev 1996-ci ilin 20 dekabr günündə Yardımlı rayonunun Honuba kəndində anadan olub. YARDIMLININ VƏ HUNOBANIN FƏXRİ – ŞƏHİD NURƏDDİN MİRZƏYEV 20 dekabr 1996 – cı ildə Yardımlı rayonunun HunOba kəndində dünyaya göz açıb. Uşaqlıq və gənclik illərini çətinliklə, zəhmətə qatlaşaraq keçirib. Uşaqlığından bəri həyatın hər üzünü gördüyündən əsl İnsan, Vətənpərvər bir gənc kimi formalaşmışdı. 2003 – cü ilin 1 sentyabrında Ənvər Mirzəyev adına HunOba kənd orta məktəbinin I sinifinə daxil olub. Məktəbdə çalışqan və intizamlı şagird olan NURƏDDİNİN Coğrafiyaya xüsusi marağı var idi, gələcəkdə coğrafiyaşünas olmaq istəyirdi. 2014 – cü ildə HunOba kənd tam orta məktəbindən məzun olur və bir müddət mülki işlərdə çalışır, Ailəsinə yardım edir. 2015 – ci ilin yanvar ayının 14 – də hərbi xidmətə çağrılan NURƏDDİN könüllü olaraq snayperçi olmağı seçir. Milli Ordu sıralarında, ön cəbhədə - Füzuli istiqamətində N saylı hərbi hissədə xidmətə başlayır, hər an düşmənlə üz-üzə dayanır...

2016 - cı ilin aprel ayının 2 - dən 3 - nə keçən gecə cəbhənin Fizuli istiqamətində düşmən təxribatının qarşısını alarkan gedən şiddətli döyüşlərdə qəhrəmancasına ŞƏHİD olur!

NURƏDDİN sanki bunu öncədən duymuşdu; ŞƏHİD olmamışdan 2 həftə öncə qonşusu ilə telefonla danışır və ona “Sənə bir şey demək istəyirəm, amma heç kimə demə, mənə elə gəlir ki, qayıtmayacağam...” – deyir...

Aprelin 2 - si qrup yoldaşlarım mənə cəbhədə gərginliyin olmasıyla bağlı xəbər verdilər, tez yaxınlıqdakı əmimi çağırıb, NURƏDDİN nə vaxt danışıb deyə soruşdum. Elə bu vaxt əmimin telofonu zəng çaldı və NURƏDDİNİN həyacanlı səsi eşidildi: “Ata, narahat olma, biz yaxşıyıq. İndi danışa bilmirəm. Hamıya məndən Salam de. Sağ ol...”

Deyilənə görə son anda, komandirinə: “Komandir, başıma nə isə dəydi, bir anlıq qardaşım gözümün qarşısına gəldi...” deyərək gözlərini əbədi yumub.

...Anası Fəxriyyə Ana bu hadisədən bir neçə gün öncə baxdığı filmdə bir səhnə görür: - Qardaşın birini əsgər yola salanda, o biri qardaşın ŞƏHİD olması xəbəri, Cənazəsi gəlir...

Axı aprelin 4 - ü ŞƏHİD NURƏDDİNİN qardaşı Nəcməddin də hərbi xidmətə gedəcəkdi. Bu münasibətlə Ailədə şənlik keçirilirdi aprelin 3 - ü, fəqət... Günota saatlarında kəndin icra nümayəndəsinə xəbər verirlər ki, kəndinizə ŞƏHİD gəlir...

ALLAH'ın qismətinə bax! Axı necə desin?! Axşam saatlarına qədər Ailəsinə deyə bilmirlər, yalnız böyük əmisinə deyərək Cənazə gətirilənə qədər Ata – Anasına deməməyi qərara alırlar.

... Aprelin 3 – ü, axşam saatlarında, qaş qaralarkən HunOba kəndində qəfildən hava şəraiti kəskin dəyişir və qısa müddət ərzində qar yağmağa başlayır. Az keçmir ki, HunOba başdan – başa ağ dona bürünür... Bu o vaxt idi ki, artıq NURƏDDİNİN ŞƏHİDLİK xəbəri gəlmişdi, amma ATA – ANASININ xəbəri yox idi, sanki özünü qəzəblə insanın üzünə çırpan külək, qar dənələri nalə çəkir, “ Övladınız ŞƏHİD olmuş, Sizinsə, xəbəriniz yox, şənlik edir, rahat – rahat yatırsınız...” deyirdi. O gecə ŞƏHİDƏ yer – göy ağlayırdı, fəryad qoparırdı. Sanki bu bərəkət damlaları HunObanın üzərinə səpilib bu yanğını söndürmək istəyirdi...

4 aprel, gecə saat 02:00 radələrində, səs gəlir:

“- Ehtimat! Ehtimat!

- Hə, nə olub!

Dur gəl, NURƏDDİN yaralıdır, gətirirlər...”

Elə bu vaxt içəridən Ananın fəryad səsi gəlir...

...Qarlı bir gecədə, səhər saat 4 - 5 radələrində ŞƏHİD'in Cənazəsi kəndə gətirilir. Gecə olmasına baxmayaraq bütün Yardımlı Onu qarşılamağa gəlmişdi, maşın və insan axınının sonu görünmürdü... Axı necə də belə qəhrəmanın pişvazına çıxmayasan?! Təəccüblüdür ki, Cənazəni kəndə gətirərkən aydın olur ki, yaxınlıqdakı ərazilərdən başqa heç bir kəndə qar yağmayıb...

ŞƏHİD aprelin 4 – ü səhər saatlarında böyük izdihamla son mənzilə yola salınır. Hava mülayimləşmişdi artıq, sanki Peyğəmbər (s) – ın vəfatında buludların Günəşın üzünü tutması kimi buludlu sərin bir hava var idi. Buludlar ONA Salam deyir, Uca ALLAH'ın Əmriylə bu mübarək Cənazəni hifz edirdi...

...O gün kiçik qardaşın əsgər gedəcəkdi.  Qardaşına ən böyük hədiyyəni Sən Elədin, ŞƏHİDİM! – Onu yola salmağa  Özün gəldin! Sinənin üstündə də Üçrəngli Müqəddəs Bayrağımızı Ona ərmağan gətirdin...

Axı, bir neçə gün öncə Anan uşaqlarla zarafat edərək, “NURƏDDİN də gələcək, Nəcməddini yola salıb qayıdacaq...” demişdi. – SƏN Ananın arzusunu reallaşdırdın, Gəldin, ŞƏHİDİM!...

Daim ucalasan savaş günündə!

Əsgər silahıyla Səni tən görüm.

Yalnız zəfər çalmış ŞƏHİD önündə,

Səni alqış üçün əyilən görüm! (B.Vahabzadə)  –

ŞƏHİD NURƏDDİN Bu Müqəddəs Bayrağın daim qürurla dalğalanması üçün Canından keçdi,VƏTƏN uğrunda ŞƏHİDLİK Şərbətini içdi, Üçrəngli Bayraq isə Ona Şəhadət müjdəsini vermək üçün boynuna sarıldı, qan dolu yanaqlarını öpdü... Bu gün Bu Müqqəddəs Bayraq Sənin keşiyini çəkir, NURƏDDİN, təsəvvür edirSən? - Bundan böyük xoşbəxtlik varmı görən?!

NURƏDDİN, bu gün qan ağlayan Analar  “nakam Bala!” deyib nalə qoparsa da, əslində bizim aramızda ən Şərafətli, ən Xoşbəxt SənSən! Sən bizim Ocağımızın fəxriSən! Nə xoşbəxtik ki, ALLAH bizim Ocağımıza ŞƏHİDLİK nəsib edib! Sən ən Şərəfli şəkildə dünyadan köçdün, dünyada isə artıq bir Ata-Ana hüdudundan çıxıb VƏTƏNİN, MİLLƏTİN, ÜMMƏTİN OĞLU oldun! Sən və Sənin timsalında bütün VƏTƏN ŞƏHİDLƏRİMİZ bizdə İlahi  bir vəhdət  yaratdınız.Söz veririk, Əmi oğlu! - İn Şa ALLAH bütün torpaqlarımızı azad edəcəyik. Sizlərin qanlarınız yerdə qalmayacaq! Bu gün düşmən bir NURƏDDİNİ ŞƏHİD edirsə, sabah Onun əvəzində biz gənclərin timsalında minlərlə Türk İgidini – NURƏDDİNLƏRİ görəcək!

Sonda, ŞƏHİD NURƏDDİNİN timsalında bütün ŞƏHİDLƏRƏ xitabən:

“Ey bu Torpaqlar üçün torpağa düşmüş Əsgər!

Göydən Əcdad enərək öpsə O pak alnı, dəyər!

Nə böyükSən ki, qanın qurtarıyor Tövhidi!

Bədrin Arslanları ancaq bu qədər Şanlı idi!” (M.A.Ərsoy)

VƏTƏN SAĞ OlSUN! –

Cəbhədə səf çəkən Əsgər Balalar,

Hər anda hücuma keçmək arzular!

Ümüdlə zəfəri gözlər Analar:

“Tək VƏTƏN SAĞ OLSUN, biz ŞƏHİD Verək!”

9 aprel 2016-cı il. ŞƏHİD NURƏDDİNİN əmisi oğlu Taleh Mirzəyev


Üç rəngin sehrinə qərq olmuş ŞƏHİD

Bismillah ! Həmd olsun Allaha sonsuz!

Bir zərrənin işi aşarmı O'nsuz!  

Mən günəş istədim,yağdısa yağış,

Demək,xeyirli bu ,söylə min alqış!

2016 – cı ilin aprel ayının 2 – dən 3 – nə keçən gecə cəbhənin Füzuli istiqamətində düşmən təxribatının qarşısını alarkən gedən şiddətli döyüşlərdə ŞƏHİD olan   Əsgərlərimizdən biri, 1996 – cı ildə Yardımlı rayonunun HunOba kəndində Anadan olmuş  Əmim oğlu ŞƏHİD ƏSGƏR NURƏDDİN EHTİMAT OĞLU MİRZƏYEV'in Ölməz Ruhuna…

Hazırda ŞƏHİD'in həyətlərinin girişində O'nun Ailəsi və HunOba kənd sakinlərinin birgə inşa etdikləri “ Xatirə bulağı”nın qarşısında dalğalanan Üçrəngli Müqəddəs Bayrağımıza baxarkən…

Hər səhər evdən çıxıb şərq tərəfə, gündoğana - yəni bu Bayrağa baxarkən  fikir dünyamda min bir tufan baş qaldırır. İndi ŞƏHİD NURƏDDİN'in şərəfinə dalğalanan bu Bayraq düz 3 il idi ki, məndə, qapalı portfeldə idi. Fəqət NURƏDDİN O'nu dalğalandırdı, Ucalda bildi…

Jalə yanağından öpəndə gülün,

Sehirli naləsi gələn bülbülün,

Zülmətdən işığa boylanan əlin

Əsrar dünyasında açılar səhər,

Aləmə rəhməttək saçılar səhər!

Günəş çiləyəndə gözlərə min Nur,

Səhəri dirigöz açar ki ,borcdur.

Bu nə böyük şərəf: - VƏTƏN qoruyur ! –

Ana duasında açılar səhər,

Aləmə rəhmət tək saçılar səhər!

*** Baxanda hər səhər mən gündoğana,

Açılar gözlərdə sonsuz bir dünya!

Göyün ənginləri keçər beynimdən,

Hun babalarım qalxar sanki  yerindən.

Gözlərim önündə yaranar TURAN!

Türk babam, əlində qılınc və QURAN! –

Bozqır qayalardan boylanan çiçək, -

Sərt baxışlar içrə közərir kövrək

Bir sülh qığılcımı,Tanrı Nişanı!

Almışdır qoynuna Azərbaycanı!

Göylər üçrəng Bayraq boyasındadır!

Əzəmət O'nun pak mayasındadır!

Azad səmalarda tərlantək süzər!

Yerləri - göyləri ,bilin, O bəzər!

Xəzərdən sonatək nazla boylanar !

Düşmən qabağında sipər dayanar!

O elə şərəfdir, elə zirvədir,

O'na ucalana ŞƏHİD deyilir!

Sanma ki,süzdürən O'nu rüzgardır,

Yox! Rüzgar deyildir,ŞƏHİD Ruhlardır!

Baxsana ,əzəldən təyini Sancaq

Haqq üçün tökülən qan olmuş ancaq!

Vardır bu təyində mənim də Payım,

Əzizim,Nur çöhrəm,O qanlı Ayım...

Üç rəngin sehrinə qərq olmuş ŞƏHİD,

NURƏDDİN, lütf elə, səmadan eşit

Aciz sözlərimi , nəzər et mənə!... -

Sən şərəf gətirdin Hun Vətəninə!

Dün açmamış qönçə, gizli xəzinə,

Bu gün parlaq Nursan, sonsuz dəfinə!

Bir təsadüf deyil,bu hüzn deyil,

Gündüz gün, gecə ay Nur üzün deyil?!

Adın İman Nuru, Özün O Nursan!

Dönməz iradə'Sən, sınmaz qürursan!

...

Əmioğlu,keşiyin çəkən O Bayraq,

Önündə duranda söylədi bir bax:

“İllər uzunudur çalışsan da sən,

Yüksəldə bilmirsən, bil, Məni nədən!

Bununçün gərəkdir İlahi Nəzər,

Fəqət üzmə əli, yemə qəm - kədər…

Qəlbində, dilində, əmələrində,

Daim O'na yüksəl təməllərində !

Aprel ŞƏHİDLƏRİ bir məsəl buna,

Heç əngəl deyildir, bil, əcəl buna!

Bir bax NURƏDDİN'ə, gör nə eylədi!

Səbəb bu: - VƏTƏN'ə Ana söylədi!”

Yardımlı,HunOba / 26 may 2016, 20:41

Taleh HunObaNurlu

Hərbi xidməti

Əsgər Nürəddin Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Nürəddin Mirzəyev doğulduğu Yardımlı rayonunun Honuba kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Mirzəyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nurəddin Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR