Slimfit
  1. CƏMİYYƏT

Bakının iki məşhur xəstəxanasında maaşların verilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib

Bakının iki məşhur xəstəxanasında maaşların verilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib
Sakura

Bakının iki məşhur xəstəxanasında maaşların verilməməsi ilə bağlı iddialara aydınlıq gətirilib

Mərkəzi Gömrük Hospitalı və "Yeni Klinika"nın əməkdaşlarının əməkhaqqılarını ala bilməmələri ilə bağlı iddialara aydınlıq gətirilib.

Ens.Az-ın məlumatına əsasən,Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova məsələ ilə bağlı Oxu.Az-a bildirilib ki, əməkdaşların əməkhaqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir:

"Həkimlərin məzuniyyət haqları, maddi yardım və mükafatları tam həcmdə ödənilir. Bütün həkimlər pullarını vaxtında alırlar".

"Yeni Klinika"nın əməkdaşlarının maaşlarının gecikdirilməsi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir və həkimlərin əməkhaqqıları tam həcmdə ödənilib.

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər son iki il ərzində maaşlarının karta yüklənəndən sonra qeyri-qanuni olaraq əllərindən alındığını, "Yeni Klinika"nın əməkdaşları isə fevral ayı üçün əməkhaqqının ödənilmədiyini bildirmişdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR