Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nümunəvi uşaq tərbiyə etməyin üsulları

Nümunəvi uşaq tərbiyə etməyin üsulları
Sakura

İndiki dövrdə uşaq tərbiyə etmək elə də asan məsələ deyil. Üstəlik kənar şəxslərin də ailəyə övladını…

Mütəxəssislərin uşaq tərbiyəsində olduqca böyük təsiri olan bir çox məsləhəti var.

Gencaile.az”  bu məsləhətlərdən bəzilərini təqdim edir. Yaxşı övlad tərbiyə etmək istəyirsinizsə, bunlara əməl edin:

-Bir uşağın ata-anası tərəfindən “səninlə qürur duyuram”, “yaxşı çalışmağın məni xoşbəxt edir” kimi sözlərlə ürəkləndirilməsi onu xoşbəxt edir. Bu uşağın uğur qazanması üçün daha çox səy göstərməsinə səbəb olacaq, onu motivasiya edəcək, mübarizə gücünü artıracaq.

-Ailənin bütün üzvləri arasındakı bağlılıq, fərqdlərin öz problemlərini də ailə ilə birgə həll etməyə çalışması, ailə daxili problemləri, başlarına gələn yaxşı-pis hadisələri, ailəni sevindirən və üzən hadisələri bir yerdə danışıb, paylaşmaq uşaqları xoşbəxt edir. Bu onların da sizin kimi olmasına səbəb olur. Bu, həmçinin onların özünəqapalı olmasının qarşısını alır, problemlərini sizinlə bölməsinə şərait yaradır.

-Sosial problemlərini özü həll edə bilməsi üçün onun əvəzinə məsələyə siz qarışmayın. Problemdən çıxış yolu tapmaq üçün ona yol göstərmək daha yaxşı olardı. Ona bu yerdə alternativlər göstərin. Kiminləsə mübahisə, dava etdiyində siz onun əvəzinə davaya qarışmayın. Öz problemini özünün həll etməsi uşaqda inam yaradır.

-Nəzərə alın ki, bütün uşaqlar fərqlidir. Bir ailənin iki usağı da eyni ola bilməz. Hər bir uşaq digərlərindən fərqlidir. Ağlınızdakı tək sual “uşağım üçün ən yaxşısı hansıdır?” olmalıdır. Cavabı siz özünüz və ailəniz bilməldir. Başqalarının fikirlərinə və məsləhətlərinə qulaq asmayın. Sizin uşağınızı özünüzdən başqa heç kəs yaxşı tanıya bilməz, bunu nəzərə alın. Belə yerdə instinktlərinizə güvənin.

-Uşağınızın xüsusilə bacarıqlı olduğu mövzularda başqa bir uşağa kömək etməsi üçün dəstək verin. Fikrini sizə və ətrafdakılara deməyinə icazə verin. Sözünü kəsməyin. Yaxşı bildiyi bir şeyi başqasına izah edə bilməsi uşağın başqalarıyla danışmaq bacarığını artıracaq.

-Uşağınızın mümkün qədər fərqli ictimai mühitdə olmasına şərait yaradın. Fərqli, maraqlı insanları, qeyri-adi mühitləri tanıması üçün ona fürsət tanıyın. Bu onun bütün insanları bərabər görməsinə səbəb olacaq.

-Məsləhət görürlər ki, “yumşaq” yerinə də olsa blə, uşağınızı qətiyyən vurmayın. Bu tərbiyə üsulu deyil. Əksinə onu daha da sırtıldacaq.

-Hirslənən bir uşağı sakitləşdirmək üçün ən yaxşı yol onun diqqətini başqa bir şeyə yönəltməkdir. Yaxşı olardı ki, belə vəziyyətdə onu güzgünün qarşısına gətirəsiniz. Ağlamağını, hirslənməyini güzgüdə görməsi problemi yadından çıxarıb özünün necə görünməsinə başı qarışacaq.

-Uşağınızın duyğu, düşüncə və inanclarını açıq və dürüst şəkildə, başqalarının haqqını pozmadan, qarşısındakı insanı aşağılamadan ifadə etməsinə izn verin. Öz inandıqlarınıza onun da inanmasını məcbur etməyin. Yalnışlara yol versə də, o özü nəyə inandığını daha yaxşı bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR