Dərc edildi: Baxış sayı: 384
Noyer yeni rekorda imza atıb
Almaniya milli komandasının qapıçısı Manuel Noyer rekorda imza atıb.
SİA “sports.ru” saytına istinadən xəbər verir ki, dünyanın ən gücl qapıçılarından biri bu uğura Estoniya ilə görüşdə imzasını yazdırıb.
Belə ki, Noyer “bundestim”in heyətində meydana çıxdığı görüşlərdə 37-ci “quru oyun”unu keçirib. Bu isə komanda tarixinin ən yaxşı göstəricisidir. 33 yaşlı qapıçıya qədər ən yaxşı göstərici əfsanəvi qapıçı Zepp Mayerə məxsus idi.
Qeyd edək ki, C qrupunda keçirdiyi 3 oyundan sonra aktivində 9 xal olan Almaniya yığması bir oyun az keçirməklə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət