Noyabr və dekabrda 24 gün qeyri-iş günü olacaq
9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.
News24.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günüdür. Amma bu tarix şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 11-də də istirahət edəcəklər. Beşgünlük iş həftəsi ilə işləyən vətəndaşlar üçün isə 3 gün - noyabrın 9, 10 və 11-i istirahət günü olacaq. Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün ölkədə bələdiyyə seçkiləri keçirildiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, dekabrın 23-ü Azərbaycan ərazisində iş günü hesab olunmur. Bundan başqa, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.
Qeyd edək ki, 5 günlük işləyən vətəndaşlar üçün noyabr ayında 9 gün (şənbə-bazar), dekabr ayında isə 10 gün (şənbə-bazar) istirahət günü hesab olunur. Beləliklə də, 2019-cu ilin son iki ayı ərzində 24 gün qeyri-iş günü hesab edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət