Dərc edildi: Baxış sayı: 250
Noyabr ayında ardıcıl beş gün iş olmayacaq
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Ens.Az-ın məlumatına əsasən,baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl beş gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət