Slimfit
  1. AZƏRBAYCAN

Novruz Məmmədov yeni qərar verdi

Novruz Məmmədov yeni qərar verdi
Sakura

Elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi…

Baş nazir Novruz Məmmədov "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında qərar verib. Sputnik Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

Belə ki, nəzərdə tutulan sənədlər barədə yəni adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR