Dərc edildi: Baxış sayı: 812
Novruz Məmmədov daha bir MSK əməkdaşına yüksək vəzifə verdi
Mərkəzi Seçki Komissiyasının keçmiş hüquq şöbəsinin müdiri İradə Hacıyeva Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.
Unikal.org-un əldə etdiyi məlumata görə, baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə, İradə Hüseyn qızı Hacıyevaya Nazirlər Kabineti Aparatının ümumi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
İ.Hacıyeva Unikal.org-a təyinatı ilə bağlı xəbəri təsdiqləyib.
Qeyd edək ki, İradə Hacıyeva uzun illər MSK Katibliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət